İrəvan-Moskva reysində bomba həyəcanı

irevan-moskva-reysinde-bomba-heyecani
Oxunma sayı: 1342

Naməlum şəxs İrəvandan Moskvaya uçan təyyarədə bomba olması barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, Moskvanın “Şeremetyevo” hava limanının elektron poçtuna İrəvan-Moskva reysinə bomba qoyulması barədə anonim məlumat daxil olub. 

Sözügedən təyyarə hava limanında yerə endikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıb. Hələ ki, axtarışın nəticələri haqda məlumat verilməyib.