İrəvan-Moskva reysində bomba həyəcanı - Yenilənib

irevan-moskva-reysinde-bomba-heyecani
Oxunma sayı: 2148

“Zvartnots” aeroportunun polis şöbəsinə İrəvan-Moskva reysini həyata keçirən təyyarənin göyərtəsində bomba olması barədə siqnal daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 
"Siqnal saat 16:00 radələrində daxil olub.

Sərnişinlər təxliyyə edilib, bombanın aşkarlanması istiqamətində yerində iş aparılır", - polisin mətbuat xidmətindən bildirilib.

Təyyarə “Azimut” Hava Yollarına məxsusdur.

***

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, İrəvan-Moskva reysinin göyərtəsindəki bomba xəbərdarlığının yalan olduğu üzə çıxıb.