"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, erməni OMON-u barrikada ilə üsyançılar arasında yer alıb.
Etirazçılarla görüşə İrəvan polis rəisi Valeri Osipyan gəlib. O, toplaşanlara yerli vaxtla 12:30-da barrikadaları sökmək barədə qərarı oxuyub. Əks halda bunu polisin edəcəyini bildirib.
Mitinq yerini tərk etmək niyyətində olmayan etirazçılar isə özlərinə yatacaq yer açıblar. Etirazçıların nümayəndələri hazırda polislə danışıqlar aparır.
Xatırladaq ki, İrəvanda etirazlar elektrik enerjisinin 16% bahalaşması barədə qərar qəbul edildikdən sonra başlayıb. Etirazçılar iyunun 19-dan İrəvanın mərkəzi Prospekti olan Baqramyanı bağlayıblar.
Son xəbərlər
Son Xəbərlər