İrəvan-Sevan yolunda dünən baş verən partlayışdan sonra avtomobillərin hərəkəti tam bərpa edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, iyunun 6-da axşam saatlarında İrəvan-Sevan yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Belə ki, məntəqədə maye qaz çənləri partlayıb və nəticədə yanğın başlayıb. İnsident zamanı 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.