İrəvanda 2 yaşlı balaca qızcığaz acından öldü

irevanda-2-yasli-balaca-qizcigaz-acindan-oldu
Oxunma sayı: 669

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, Yerevanda bir nəfər zəng edərək şəhərin Zabaryan küçəsindəki mənzillərin birində balaca qız uşağının meyitinin aşkarlandığını bildirib. Hadisə yerinə polislərlə gələn həkimlər Tamara Markaryan adlı 2 yaşlı qızın üzərində müayinə aparıb və onun bir neçə gün əvvəl acından öldüyünü bildiriblər.

Polis qızın anasını dindirərkən qadın körpəsini yedirtmək imkanı olmadığını və ona yemək almaq üçün bir dram belə tapmadığını, hətta onun səviyyəsində yaşayan qonşuların da acınacaqlı həyat tərzi keçirdiyindən onlara üz tutmaqdan vaz keçdiyini bəyan edib.