İrəvanda aksiyaçılarla polis arasında toqquşma oldu - Video

irevanda-aksiyacilarla-polis-arasinda-toqqusma-oldu
Oxunma sayı: 1706

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyaların təşkilatçıları bu gün parlamentin növbəti sessiyası zamanı binanı ələ keçirməyə cəhd ediblər.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, parlament binası yaxınlığında aksiyaçılarla polis arasında toqquşma baş verib.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.