İrəvanda avtomobil partladı, ölənlər var

irevanda-avtomobil-partladi-olenler-var
Oxunma sayı: 1413

Bu gün səhər saatlarında İrəvanın Arşakunyats prospektində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saat 07:58-də nazirliyə nəqliyyat vasitəsinin partlaması və ölənlər barədə məlumat daxil olub.

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.