İrəvanda “Demokratiya Forumu” fonunda aksiya keçirilir

irevanda-demokratiya-forumu-fonunda-aksiya-kecirilir
Oxunma sayı: 807

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası bu gün də davam edir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ermənistan Demokratiya Forumu”nun keçirildiyi hotelin qarşısına toplaşıblar.

Sözügedən tədbir ölkənin Baş naziri Nikol Paşinyan, ABŞ-ın İrəvandakı səfiri Linn Treysi və Avropa İttifaqının diplomatik missiyasının rəhbərliyinin iştirakı ilə keçirilir. 

Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Treysisiz Ermənistan” şüarları səsləndirib. Tədbirin keçirildiyi hotel xüsusi polis qüvvələri tərəfindən əhatəyə alınıb. 

Qeyd edək ki, Ermənistan müxalifəti daha əvvəl də ABŞ və Avropa İttifaqını ölkədə ikili standart siyasəti həyata keçirməkdə ittiham edib. 

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən paytaxt İrəvanda və ölkənin digər ərzilərində Nikol Paşinyanın və cari hökumətin istefasını tələb etmək məqsədilə etiraz aksiyaları keçirir.