İrəvanda deputatlığa namizədin seçki qərargahında meyiti tapıldı

irevanda-deputatliga-namizedin-secki-qerargahinda-meyiti-tapildi
Oxunma sayı: 644

İrəvanda sensasion hadisə qeydə alınıb. Bu gün saat 16 radələrində Maştotsa rayon polisinə belə bir məlumat daxil olub ki, deputatlığa namizədlərdən birinin seçki qərargahında meyiti aşkarlanıb.
 

“Qafqazinfo”nun Musavat.com-a istinadən verdiyi məlumata görə, Asratyan 16 ünvanına gedən polislər orada həqiqətən də yaşlı qadının meyitini görüblər.

Araşdırmalar nəticəsində məlum olub ki, bu, 77 yaşlı Susanna Arutyunyanın meyitidir. Ekspertlər meyitin üzərində hər hansı zorakılıq aşkarlamayıb.

Məlumata görə, bu ünvan turist kampaniyasına məxsus imiş. Son zamanlar isə deputatlığa namizəd Arman Saakyanın seçki qərargahı burada yerləşirmiş.