İrəvanda dünənki aksiyada 101 nəfər yaralanıb

irevanda-dunenki-aksiyada-101-nefer-yaralanib
Oxunma sayı: 1272

Dünən axşam Ermənistan parlamentinin binası önündə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı 101 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb. 

Bildirilir ki, qarşıdurma zamanı xəsarət alanlar arasında həm etirazçılar, həm də polis var. 85 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digərlərinin müalicəsi davam etdirilir. 

Qeyd edək ki, “Vətən naminə Tavuş” müxalif hərəkatı bu gün də İrəvanda etiraz aksiyasını davam etdirəcək.