“Ermənistanda siyasi böhran yoxdur”.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə müxalifət nümayəndələrinin təşkil etdiyi aksiyalara münasibət bildirərkən deyib.
“Birmənalı olaraq deyə bilərəm ki, Ermənistanda siyasi böhran yoxdur. Az sayda mitinq o demək deyil ki, vətəndaşlarımız onları dəstəkləyir”, - deyə Mirzoyan söyləyib.
Xatırladaq ki, aprelin sonundan etibarən Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyan və cari hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.
Son xəbərlər
Son Xəbərlər