İrəvanda hökumət binası qarşısında aksiya

irevanda-hokumet-binasi-qarsisinda-aksiya
Oxunma sayı: 1566

Qarabağda xidmət edən erməni çağırışçıların valideynləri hökumət binasının qarşısına toplaşıblar.

“Qafqazinfo” xəbər verir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanla görüşərək xidmət müddətlərinin azaldılmasını tələb edəcəklərini bildiriblər.

“Paşinyanla görüşdə xidmət müddətlərinin azaldılmasını tələb edəcəyik. Oğlum 9 aydır xidmətdədir. Müharibə başlayanda bir ay yarım xidmət edib. Psixoloq bizə oğlumun yaxşılaşmasına ehtiyac olduğunu bildirib”,- deyə aksiya iştirakçılarından biri qeyd edib.

Hərbi qulluqçuların valideynləri xidmət müddətinin 6 aya endirilməsini tələb edirlər.

Başqa bir valideyn oğlunun hərbi xidmət müddətinin bitməsinə 3 ay qaldığını və 6 aydan az qalanların hamısının təxris edilməsini tələb etdiklərini bildirib. Bundan əlavə, onlar geridə qalan çağırışçıların da xidmət müddətinin 6 ay azaldılmasını tələb edirlər.