Ermənistanda orta yaşlı kişi İrəvanın mərkəzi meydanında özünü yandırıb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, 50-55 yaşlarına olan kişi hökumət binasının qarşısında üzərinə benzin töküb. Yaxınlıqda olan insanlar alovu söndürsələr də, kişinin üzü və bədəni yanıb. Həkimlərin sözlərinə görə, 2 və 4-cü dərəcəli yanıq xəsarətləri alan şəxsin bədəninin 57%-i yanıb. Ölkənin baş naziri Nikol Paşinyan xəstənin yerləşdirildiyi yanıq mərkəzində olub. O, feysbuk hesabında yaralının vəziyyətinin ağır olduğunu, hadisəyə görə təəssüfləndiyini qeyd edib.
Hadisənin səbəbləri araşdırılır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər