İrəvanda Lavrovun təyyarəsinin endiyi aeroportda bomba həyəcanı - Video+Yenilənib

irevanda-lavrovun-teyyaresinin-endiyi-aeroportda-bomba-heyecani
Oxunma sayı: 4627

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə paytaxt İrəvanın “Zvarnots” hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir. 

Hazırda hadisə yerinə nazirliyin müvafiq bölmələrinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir qədər əvvəl “Zvarnots” hava limanına enib. Erməni teleqram kanallarında yayılan videolardan görünür ki, Lavrovun korteji artıq hava limanının ərazisini tərk edib.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvanın “Zvartnots” hava limanına bomba qoyulması barədə siqnalın yalan olduğu üzə çıxıb.

Hadisə yerinə xilasedicilər, kinoloji qrup, psixoloq və mülki müdafiə qüvvələri gəlib.

Hava limanının ərazisinə baxış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.