İrəvanda müxalifət Paşinyanın iqamətgahına yürüş edib - Yenilənib

irevanda-muxalifet-pasinyanin-iqametgahina-yurus-edib
Oxunma sayı: 1920

İrəvanın mərkəzindəki Fransa meydanında müxalifətin mitinqi başlayıb.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, hazırda erməni siyasətçiləri çıxış edir.

Saat 18:00 radələrində insanlar çadır şəhərciyinin yerləşdiyi meydana toplaşmağa başlayıblar, saat 18:40-da meydan demək olar ki, tamamilə insanlarla dolub.

Ermənistan polisinin xüsusi təyinatlıları meydanın yaxınlığında növbətçilik edir.

***

İrəvanda Fransa meydanındakı mitinqdən sonra müxalifətin yürüşü başlayıb. Yürüş iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan və ölkə xalqı adından danışmaq mandatı olmadığını bir daha bəyan etmək üçün baş nazirin iqamətgahına doğru gedirlər.