İrəvanda oliqarxların qətlini planlaşdıran - Killer dəstəsi yaxalandı

irevanda-oliqarxlarin-qetlini-planlasdiran
Oxunma sayı: 1174

İrəvanda məşhur biznesmenlər və oliqarxları öldürməyi planlaşdıran killer dəstəsi zərərsizləşdirilib.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, maskalı və silahlı killerləri hüquq-mühafizə orqanları deyil, adı çəkilməyən nüfuzlu şəxsin mühafizəçisi aşkarlayıb.

Məlumata görə, hadisə “Arqişti” restoranı ətrafında cərəyan edib. İyunun 8-i bir neçə nüfuzlu şəxs, o cümlədən deputatlar məşhur kriminal avtoritetin atasının dəfnində iştirak üçün toplaşıblar. Restoran ətrafında isə onları güllələməyə hazır vəziyyətdə duran killerlər pusqu qurub. Lakin dəstə mərasim iştirakçılarından birinin mühafizəçisi tərəfindən zərərsizləşdirilib.