İrəvanda partlayış olan yerdə yanğın davam edir - Fotolar

irevanda-partlayis-olan-yerde-yangin-davam-edir
Oxunma sayı: 3194

İrəvanda “Surmalu” ticarət mərkəzində partlayışdan sonra baş vermiş yanğının söndürülməsi və dağıntıların təmizlənməsi ilə bağlı işlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, bu gün İrəvanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 61 nəfər xəsarət alıb, 3 nəfər ölüb. Həmçinin partlayış nəticəsində 27 nəfər itkin düşüb.