İrəvanda partlayış, ölən var

irevanda-partlayis-olen-var
Oxunma sayı: 1971

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Partlayış elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan “Vellar Qrup”un ərazisində baş verib.