İrəvanda partlayışda itkin düşənlərin biri İran vətəndaşıdır

irevanda-partlayisda-itkin-dusenlerin-biri-iran-vetendasidir
Oxunma sayı: 1252

Xəbər verdiyimiz kimi, İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 18 nəfərin taleyi barədə məlumat yoxdur.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən bildirir ki, onlardan biri İran vətəndaşı Mehri Tahreridir.

İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 61 nəfər hospitalizə edilib, 6 nəfər həyatını itirib.