İrəvanda partlayışda itkin düşmüş hesab edilən İran vətəndaşları - Gürcüstandadır

irevanda-partlayisda-itkin-dusmus-hesab-edilen-iran-vetendaslari
Oxunma sayı: 1634

İrəvanda “Surmalu” topdan satış bazarında partlayış zamanı itkin düşmüş hesab olunan 6 İran vətəndaşından 5-i sağdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, onlar hazırda Gürcüstandadırlar.

İran səfirliyinin məlumatına görə, bu vətəndaşlar Ermənistan ərazisindən keçərək Gürcüstana gedirmişlər.

Hazırda itkin düşənlərin ümumi sayı 18-dir.