İrəvanda partlayışda ölənlərin sayı artdı - Yenilənib

irevanda-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 4414

İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

Onun sözlərinə görə, dağıntılar altından kişi meyiti çıxarılıb:

“Hazırda yeddi ölü var. Axtarış-xilasetmə işləri davam edir”.

***

Dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. Son məlumatlara görə, hadisə nəticəsində 8 nəfər ölüb, 61 nəfər yaralanıb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

***

İrəvanda ticarət mərkəzində baş vermiş partlayışda ölənlərin sayı 10 nəfərə çatıb.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər İrəvandakı ticarət mərkəzinin dağıntıları altından biri uşaq olmaqla, daha 5 nəfərin meyitini tapıblar.

Ümumilikdə həlak olanları sayı 15-ə çatıb.

***

Dağıntılar altından hamilə qadın və onun azyaşlı uşağının cəsədi çıxarılıb. Beləliklə, partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.