Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.
“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, deyə V.Avetisyan bildirib.
Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.
Son xəbərlər
Son Xəbərlər