İrəvanda polis hökumət binasını mühasirəyə aldı - Video

irevanda-polis-hokumet-binasini-muhasireye-aldi
Oxunma sayı: 2037

“Vətən naminə Tavuş” müxalif hərəkatı İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis aksiya iştirakçılarını saxlamağa başlayıb.

İndiyə olan məlumatda 3 nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, hazırda İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə hökumətin iclası keçirilir. Bina müxtəlif polis qüvvələri tərəfindən əhatəyə alınıb.