Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına doğru yürüşün gedişində bu gün axşam Yerevan polisinin əməkdaşları güc tətbiq edərək bir neçə vətəndaş cəmiyyəti fəalını — aksiya iştirakçılarını saxlayıb.
"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, güc tətbiqi ilə həmçinin Birinci İnformasiya portalının operatorları Narek Barsegyan və Sevak Soqomonyan saxlanılıb, videoavadanlıq zədələnib.
Son xəbərlər
Son Xəbərlər