İrəvanda polisləri daşqalaq etdilər - Video+Fotolar

irevanda-polisleri-dasqalaq-etdiler-videofotolar
Oxunma sayı: 641

ANS PRESS-in Panorama.am-a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları prezident iqamətgahına doğru irəliləmək istəyiblər. Lakin Baqramyan prospekti polis tərəfindən bağlanıb. Müxalifətçilər polis əməkdaşlarını daşqalaq ediblər.

Toqquşmalar zamanı “İrs” partiyasının sədr müavini Armen Martirosyan ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

A1+ telekanalının məlumatına görə, güc strukturları xəbərdarlıq ediblər ki, adığılışmasalar aksiya iştğirakçılarına qarşı xüsusi vasitələrdən istifadə ediləcək. Son məlumata görə, Raffi Ovannisyanın tərəfdarları prezident iqamətgahına hücum niyyətindən daşınıblar.

Müxalifət növbəti mitinqi aprelin 12-si saat 18.00-a təyin ediblər.