İrəvanda Rusiya əleyhinə aksiya – - "Rədd ol Ermənistandan"

irevanda-rusiya-eleyhine-aksiya-
Oxunma sayı: 1413


“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, nümayişçilər aksiyaya əllərində “Rusiya, Ermənistandan çıx!”, “Qazprom, rədd ol Ermənistandan” şüarları yazılan plakatlarla gəliblər. Aksiya iştirakçıları İctimai Xidmətlərin Nizamlanması Komissiyasının qazın qiymətini müzakirəyə çıxarmasına qarşı çıxdıqlarını bildiriblər. Onlar müzakirələri təxirə salmağı tələb edən məktubu səfirə təqdim ediblər. 

Aksiya iştirakçısı Arqişti Kiviryan bildirib ki, artıq bu, Rusiyanın Ermənistanı zəiflətmək üçün atdığı birinci addım deyil: “Rusiya, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana daima silah satır”.