İrəvanda silahlı basqın, külli miqdarda pul oğurlandı

irevanda-silahli-basqin-kulli-miqdarda-pul-ogurlandi
Oxunma sayı: 2007

İrəvanda yerləşən “Yerevan City” supermarketində yerləşən valyutadəyişmə məntəqəsinə naməlum maskalı şəxs hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Shamsyan.com saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə bazar günü 22:45 radələrində baş verib. Cinayətkar valyutadəyişmə məntəqəsinə daxil olduqdan sonra, işçini qumbara ilə hədələyərək kassanı ona verməsini tələb edib. O, pulu alan kimi hadisə yerindən uzaqlaşıb.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.

Məlumata görə, hadisə nəticəsində valyutadəyişmə məntəqəsindən 4 milyon 500 min dram (təxminən 15,300 manat) pul oğurlanıb.