İrəvanda yenidən müxalifətin aksiyası keçirilir

irevanda-yeniden-muxalifetin-aksiyasi-kecirilir
Oxunma sayı: 682

Ermənistan müxalifəti yenidən paytaxt İrəvanın müxtəlif hissələrində etiraz aksiyası keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Ölkə parlamentinin vitse-spikeri İşxan Saqatelyanın Rubinyanç küçəsində başçılıq etdiyi aksiyada polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistanda son bir neçə həftədir ki, ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.