İrəvandakı aksiyada 284 nəfər saxlanıldı - Video - Yenilənib

irevandaki-aksiyada-284-nefer-saxlanildi
Oxunma sayı: 5534

Ermənistanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları yenidən itaətsizlik aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar bir neçə dövlətlərarası yolu bağlayıb.

Bununla yanaşı, paytaxt İrəvanda da bir neçə küçə bağlanıb. Hazırda əsas olaraq İrəvan-Aştarak və İrəvan-Armavir yolunun bağlı olduğu bildirilir. Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da aksiyada iştirak edir. O, avtomobillə Abovyan və Sayat Nova küçəsinin kəsişməsini bağlayıb. 

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.

***

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, İrəvanda keçirilən aksiyada 67 etirazçı saxlanılıb. 

***

İrəvanda saxlanılanların sayı 137 nəfərə çatıb.

***

Ermənistan polisi aksiyada 226 etirazçını saxladığını açıqlayıb. Bundan əvvəl isə 196 nəfərin saxlanıldığı bildirilirdi.

***

Saxlanılanların sayı 273-ə çatıb.

***

İrəvanda polis 284 etirazçını saxlayıb.

Onlardan 273 nəfərin artıq sərbəst buraxıldığı bildirilir. Məlumata görə, aksiya iştirakçıları “polisin qanuni tələblərinə riayət etməmək” maddəsi ilə saxlanılıblar.