İrəvandakı partlayışın səbəbi - Qohumlarına zərər vermək istəyib

irevandaki-partlayisin-sebebi-
Oxunma sayı: 1877

Ötən gün Ermənistanda sərnişin avtobusunun hansı səbəbdən partladıldığı məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı hadisə yerindən şübhəli şəxsə məxsus telefon kartı aşkar edilib. Məlum olub ki, partlayışı törədən Ermənistan vətəndaşı daha əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

İstintaq qrupunun ilkin ehtimalına görə, qohumları ilə məişət zəmnində mübahisə edən kişi avtobusu yaxınlarına hücum etmək məqsədilə partladıb.

Aysel Kərimova