İrəvandan qalxan təyyarə İstanbula endi - Video

irevandan-qalxan-teyyare-istanbula-endi
Oxunma sayı: 2586

Xəbər verdiyimiz kimi, Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, İrəvanın Zvartnots hava limanından havaya qalxan “Fly One Armenia” layneri İstanbulda Sabiha Gökçen aeroportuna enib. İrəvandan yola düşən təyyarənin göyərtəsində 65 sərnişin olub.

99 nəfər sərnişin isə Sabiha Gökçen hava limanından İrəvana yola düşüb.