İrəvanın keçmiş meri Paşinyanın müşaviri təyin edildi

irevanin-kecmis-meri-pasinyanin-musaviri-teyin-edildi
Oxunma sayı: 1244

 

İrəvanın keçmiş meri Qraçya Sarkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin müvafiq fərmanı Ermənistan hökumətinin informasiya portalında dərc olunub.

Sarkisyan 2018-ci ilin sentyabrında keçirilən böyük şəhər bələdiyyə seçkiləri zamanı İrəvan Ağsaqqallar Şurasına üzv seçilib. Bundan sonra o, şəhərin birinci vitse-meri təyin edilib. 2021-ci ilin dekabrında Ağsaqqallar Şurası (şəhər məclisi) Hayk Marutyan istefa verdikdən sonra onu mer seçib. Sarkisyan bu il martın 17-də istefa verib.