İrəvanın üzərində hərbi aviasiya göründü - Video

irevanin-uzerinde-herbi-aviasiya-gorundu
Oxunma sayı: 2929

İrəvanda davam edən siyasi gərginliyin fonunda şəhərin üzərindən hərbi aviasiyanın uçduğu müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib. 

Qeyd olunub ki, “Su-30 SM” çoxfunksiyalı qırıcıları gün ərzində İrəvanın səmasında peyda olub.

Qeyd edək ki, Ermənistanın ali hərbi rəhbərliyinin Baş nazir Nikol Paşinyanın istefası tələbindən sonra İrəvanda etirazlar davam edir.