İrəvanın yeni meri seçildi

irevanin-yeni-meri-secildi
Oxunma sayı: 3208

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi Tiqran Avinyan İrəvan şəhərinin meri seçilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün İrəvanın Ağsaqqallar Şurasının ilk iclasında bununla bağlı səsvermə keçirilib. 

İclasda şuranın 65 üzvündən 37-si iştirak edib. 32 üzv Avinyanın namizədliyinin lehinə səs verib.

Xatırladaq ki, İrəvanda Ağsaqqallar Şurasına seçkilər sentyabrın 17-si keçirilib.