“İrəvanla Bakı arasında birbaşa danışıqlar istisna deyil”

irevanla-baki-arasinda-birbasa-danisiqlar-istisna-deyil
Oxunma sayı: 1293

“Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların keçirilməsi istisna deyil”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh prosesində vasitəçi olmağa çalışan istənilən ölkə öz maraqlarına sahibdir: “Romantik olmaq lazım deyil, məsələn, hesab etmək ki, fransızlar bizi gözəl gözlərimizə görə sevir, digər xalq isə sevmir, bunlar nağıldır. Maraqlar ya üst-üstə düşür, ya yox”.