“Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə mövcud olan çətin məsələlər dialoq çərçivəsində öz həllini tapacaq”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Ümid edirik ki, liderlər bütün bunları yüksək səviyyədə müzakirə etmək imkanına sahib olacaq. Bununla yanaşı, işgüzar səviyyədə dialoqlar aparılır”, - deyə Peskov qeyd edib.