İREX-in Vaşinqton ofisindən müsadirə ilə bağlı- - Bəyanat

irex-in-vasinqton-ofisinden-musadire-ile-bagli-
Oxunma sayı: 941


“Qafqazinfo” musavat.com-a göndərilən sənədi olduğu kimi təqdim edir:

“Sentyabrın 5-də Baş Prokurorluq əməkdaşları bəyan etmədən İREX-in Bakı ofisinə gəlib.

Onlar özləri ilə Yasamal Məhkəməsinin orderini gətirib və bütün kompüterləri, digər avadanlığı və eləcə də sənədləri aparıblar.

İREX artıq məhkəməyə müraciət edib. Qurum ümid edir ki, USAİD-in maliyyələşdirdiyi, 2014-cu il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq.

İREX-in Azərbaycandakı bank hesabı bir sıra yerli və beynəlxalq QHT-lərə açılan "cinayət işi" ilə əlaqədar olaraq 2014-cü il iyulun 26-da dondurulub. İREX bu təhqiqatın ədalətli və sürətli tamamlanmasını gözləyir.

İREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir”.