Jurnalın ana xətti cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğindən ibarətdir. İlk illərdə üç aydan bir və iki aydan bir nəşr olunan jurnal, 2008-ci ilin yanvar ayından etibarən ayda bir dəfə nəşr olunur.
Məqsədi, cəmiyyətdə milli-mənəvi və tarixi dəyərlərimizin təbliği istiqamətində olan İrfan bugünə qədər Qarabağ məsələsi, milli-mənəvi dəyərlərimiz və gənclərimiz, Azərbaycan gənclərinin sabahı, ölüm və sonrası, vətənpərvərlik, milli birlik, əxlaqi keyfiyyətlər və s. mövzuları ələ alıb.
Jurnal 8 noyabr 2012-ci il tarixində Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər