Taksit kartlarının təhlükəsizliyinə xüsusi fikir vermək lazımdır. Bu gün insanların həyatını plastik kartsız təsəvvür etmək çətindir. Amma son bir neçə ildə plastik kartların sırasına yeni bir məhsul - taksit kartları daxil olub. İnsanların çoxunda bu kartlardan olsa da, bəzən onun təhlükəsizliyinə əmək haqqı aldıqları kart qədər önəm vermirlər. Halbuki sahibinin ehtiyatsızlığı taksit kartından da həm pulların çıxarılması, həm də başqa əməliyyatlar yolu ilə oğurlanması təhlükəsini yaradır. İlk növbədə bu kartın pin-kodu məxfi saxlanmalıdır.
Taksit kartı üzrə mütəxəssis Çingiz Abbasəliyev kart sahiblərinə pin-kodu heç bir yerə qeyd etməməyi, sadəcə yadda saxlamağı və onu qorumağı məsləhət gördü.
Taksit kartını internetlə ödəniş zamanı da qorumaq lazımdır. Elektron ticarət saytlarının çoxunda pin kodu bilmədən də ödəniş mümkündür. Buna görə, itirilmiş kartla başqası ödəniş edə bilər. Bunun qarşısını almaq üçün taksit kartı buraxan bankların çoxu xüsusi mühafizə proqramdan istifadə edir.
Hazırda ölkədə 5,9 milyon kart var. Onların çoxu əmək və sosial kartlardır. Taksit kartların ayrıca statistikası aparılmasa da, bu məhsulu təklif edən bankların sayı getdikcə artır. İndi belə bankların sayı 10-u keçib.
Son xəbərlər
Son Xəbərlər