İri ticarət mərkəzlərinin açılması ilə bağlı hələ qərar yoxdur

iri-ticaret-merkezlerinin-acilmasi-ile-bagli-hele-qerar-yoxdur
Oxunma sayı: 2315

"Hazırda iri ticarət mərkəzlərinin açılması və rayonlara gediş-gəlişin açılması müzakirə olunur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur:"Hissə-hissə açılmalara gedilir, epidemioloji vəziyyətə uyğun olaraq qərar verilir. Hazırda iri ticarət mərkəzlərinin açılması və rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Amma hələ qərar yoxdur".

Murad Əhməd