İribuynuzlu heyvan sahibini vurub öldürdü

iribuynuzlu-heyvan-sahibini-vurub-oldurdu
Oxunma sayı: 4402

Astarada 51 yaşlı kişini iribuynuzlu heyvan vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Maşxan kəndində qeydə alınıb.

Kənd sakini Elşən İbadov gecə saatarında həyətdə olarkən təsərrüfatındakı buğa ona hücum edib.

Heyvanın ayaqları altında qalaraq ağır xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.