İrina Kuperlə barışdı

irina-kuperle-barisdi
Oxunma sayı: 2563

Dünyaca məşhur rus model İrina Şeyklə amerikalı aktyor Bredli Kuper barışıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatların yayılmasına səbəb 34 yaşlı podium ulduzunun bir neçə gün əvvəl Bredlinin mənzilindən çıxarkən görüntülənməsi olub. Mətbuatda yayılan fotodan məlum olub ki, İrina Kuperin Manhettendəki evinə qızı Leya ilə birgə getməyib.

İddia olunur ki, cütlüyün tez-tez görüşməsi münasibətin bərpa olunması ilə nəticələnib.

Qeyd edək ki, bir müddət bundan əvvəl İrinanın adı Vito Schnabel adlı şəxslə hallanmağa başlamışdı.