İrina olimpiadaya vəsiqə qazandı, Rafael isə bir addımlığında

irina-olimpiadaya-vesiqe-qazandi-rafael-ise-bir-addimliginda
Oxunma sayı: 1837

İrina Zaretska (67 kq) Dubayda Karate 1 Premyer Liqa turnirinin bürünc medalını qazanmaqla, həm də Tokio olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.

"Qafqazinfo" xəbər verir ki, karateçimiz yay olimpiya oyunlarında +61 kq çəki dərəcəsində yarışacaq. Rafael Ağayevə isə olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.

Azərbaycan karateçilərini 28 fevral – 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində mövsümün üçüncü Karate1 premyer liqa turniri gözləyir.