İrina Perlovanın anım mərasimi keçirilib

irina-perlovanin-anim-merasimi-kecirilib
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən əməkdar artist Şövqi Hüseynov İrina Perlovanın həyat və yaradılığına nəzər salaraq onun Kamera və Gənc Tamaşaçılar Teatrındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb.
Teatrın direktoru Mübariz Həmidov çıxışında sənətdə olan insanları adi insanlardan fərqləndiklərini, bu fərqin həmin sənətkarların dünyalarını dəyişdikdən sonra daha da qabarıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib.
Teatrın baş rejissoru Cənnət Səlimova insanın adının onun dediyi sözlər, yazdığı kitablarla əbədiləşdiyini, gələcək nəsillər tərəfindən hər zaman anılaraq yad edildiyini vurğulayıb.
Jurnalist Qalina Mikaladze kitabda yazılan hər sətrin mənasının gələcəyə aid olduğunu, nəşri oxuyan hər kəsin özü üçn maraqlı bir fikri kəşf edəcəyini deyib.
Daha sonra İ.Perlovaya həsr edilən “Sonuncu məkan” verilişi nümayiş etdirilib.
Sonda mərhum rejissorun qızı tədbiri təşkil edən hər kəsə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, 1991-ci ildə Bakı Kamera Teatrı fəaliyyətə başlayanda rejissor kimi Dünya klassikasından iyirmi tamaşaya quruluş verən İ.Perlova Moskvada, Rusiyada və İranda keçirilən Beynəlxalq Teatr Festivallarında diplomlara və “Qızıl” medallara layiq görülüb. Azərbaycan Milli teatr sənəti sahəsindəki xidmətlərinə görə İ.A.Perlova 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildən isə Prezident təqaüdçüsü idi.