İrina sevgilisi ilə ilk dəfə görüntüləndi - Foto

irina-sevgilisi-ile-ilk-defe-goruntulendi
Oxunma sayı: 2116

Dörd illik sevgilisi, aktyor-rejissor Bredli Kuperdən ayrılan məşhur model İrina Şeyk şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, əslən Rusiyadan olan podium ulduzu Vito Schnabel adlı şəxslə yeni münasibətə başlayıb. Bir müddətdir cütlüyün sevgili olduğu şayiələri yayılsa da, onların yeni fotosu Amerika KİV-lərində yayılıb.

Nyu-Yorkda görüntülənən İrina və Vito eyni evdə yaşayaraq karantin rejiminə əməl edirlər.

“E! News” portalının məlumatına əsasən, İrina yeni sevgilisi ilə əvvəlcə dostluq münasibəti qurub, daha sonra eşq yaşamağa başlayıb.

Qeyd olunub ki, Schnabel Şeyklə qonşudur.