“Qafqazinfo” xəbər verir ki, bu haqda milli.az TMZ-yə istinadən xəbər yayıb. Puerto-Rikodan olan Migel Kotto 3 müxtəlif çəki dərəcəsində sabiq absolyut dünya çempionu olmuş ilk boksçudur. 33 yaşlı Kottonun rəqibi, 39 yaşlı argentinalı Serhio Martines isə WBC versiyası üzrə dünya çempionudur.
Matçda Kotto qalib gəlib və bununla da peşəkar rinqdəki qələbələrinin sayını 39-a çatdırıb. Döyüş həddən artıq maraqlı olsa da, İrina Şeyk boksla maraqlanmadığından darıxırdı. O, bir qədər əsnəyəndən sonra mürgü vurmağa başlayıb. Sevgilisindən fərqli olaraq Kriştianu Ronaldu döyüşü maraqla izləyib.
Burada reportyorların Braziliyada başlanacaq mundialla bağlı suallarını cavablandıran Kriştianu Ronaldu deyib: "Çempionatda favorit deyilik. Amma Portuqaliya yığması çempion olmaq üçün əlindən gələni edəcək. Qana, ABŞ və Almaniya milliləri ilə bir qrupdayıq. Çətin qrupdur, rəqiblər güclüdür. Qrup mərhələsinə çıxacağımıza əsla şübhə etmirəm. Özümə gəldikdə isə, günlərin birində yığmanın heyətində dünya çempionu olacağımı arzulayıram".