“Qafqazinfo” xəbər verir ki, “Corriera Della Sport” qəzeti Kriştiyan Ronaldodan ayrılan modelin yeni sevgilisinin olduğunu iddia edib. İrina “Formula 1” çempionu, müğənni Nicole Scherzingerin keçmiş sevgilisi Lewis Hamiltonla münasibətdə olduğu bildirilir. İrina Hamiltonun ona göndərdiyi gül dəstəsini şəxsi instaqram hesabında paylaşıb, hədiyyəni Lewisin göndərdiyini qeyd edib. Bu paylaşım söz-söhbətlərin daha da qızışmasına səbəb olub.
İrina şayiələri təkzib etməyib, ancaq sevgili olmaları verilən suallardan yayınıb.
Qeyd edək ki, cütlük “14 Fevral Sevgililər Günü”nə həsr edilmiş moda həftəsinə qatılmış, sevgili dedi-qoduları yayılmağa başlamışdı.
Son xəbərlər
Son Xəbərlər