İrkutskda daşqın zamanı 18 nəfər ölüb, 13 nəfər itkin düşüb

irkutskda-dasqin-zamani-18-nefer-olub-13-nefer-itkin-dusub
Oxunma sayı: 722

Rusiyanın İrkutsk vilayətində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, 13 nəfərin taleyindən xəbər yoxdur.

Qeyd edək ki, daşqınlar zamanı 751 nəfər xəsarət alıb, onlardan 153 nəfəri xəstəxanada müalicə alır.