İrkutskda ölənlərin sayı 12 nəfərə çatdı

irkutskda-olenlerin-sayi-12-nefere-catdi
Oxunma sayı: 804

Rusiyanın İrkutsk vilayətində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazirin müavini Vitali Mutkonun sözlərinə görə, ölən və yaralananların sayı dəyişə bilər.

Qeyd edək ki, daşqınlar zamanı 751 nəfər xəsarət alıb. Onlardan 153 nəfəri xəstəxanadadır. 9 nəfər isə axtarışdadır.

Qeyd edək ki, İrkutskda fövqəladə vəziyyət rejimi davam edir.