İrkutskda ölənlərin sayı artdı

irkutskda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1140

Rusiyanın İrkutsk əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 1300 nəfər isə tibbi xidmət üçün xəstəxanalara müraciət edib. Onlardan 200-ü həkim nəzarətinə götürülüb. 

Qeyd edək ki, İrkutskda fövqəladə vəziyyət rejimi davam edir. Daşqınlar 42 yaşayış məntəqəsinə, 4 min yaşayış evinə ziyan vurub.